skip to Main Content
Türkiyədə Təhsil Nədir, Yaşam Və Təhsil Xərcləri Nə Qədərdir?

Türkiyədə təhsil nədir, yaşam və təhsil xərcləri nə qədərdir?

Türkiyədə Təhsil dedikdə nə nəzərdə tutulur?

Türkiyədə Təhsil digər ölkələrdə olduğu kimi xaricdə təhsil üçün seçiləcək ideal ölkələrdən biridir və təhsil səviyyəsi olduqca yüksəkdir. Xarici tələbə sayına görə Türkiyə bölgədə liderdir və uzun illər belə davam edəcəyini hər il inkişaf edən sistemi ilə dəqiqləşdirir.Türkiyədə bütün ixtisaslar üzrə təhsil mümkündür.

  • Bakalavr Təhsili (Məktəbdən sonrakı təhsil)
  • Magistr Təhsili
  • Doktorantura Təhsili

Hər bir təhsil növünün özünə məxsus qazanmaq yolları var , bacardığımız qədər bu yazıda hamısını açıqlamağa çalışacağıq

Türkiyədə Təhsildə Yaşam və Təhsil xərcləri haqqında:

Umumiyyətlə Türkiyənin ərazisi böyük olduğundan yaşam xərcləri bölgələrə görə dəyişir,İstanbul,Ankara,İzmir,Bursa,Antalya və bu kimi böyük şəhərlərdə tələbələr aylıq orta hesabla 300-400 usd(dollar) xərcləri çıxır.Bu pula 1 aylıq Qalmaq yataqxana və ya ortaq ev ,1 aylıq qidalanma,yol xərcləri və yüngül alışverişlər daxildir. Nisbətən balaca şəhərlərdə bu xərclər 150-250 usd(dollar) ətrafındadır.Təhsil xərcləri ilə əlaqəli Türkiyədə universitetlər Dövlət və özəl olaraq iki yerə ayrılır, aydındır ki özəl universitetlər daha bahadır ortalama illik 2200 usd(dollar) ilə 30 min usd(dollar) aralığında dəyişir,Özəl universitetlərin yeni binaları,yeni təhcizatı ilə digər universitetlərdən seçilirlər.Dövlət Universitetlərinin illik ödəmələri 100 usd(dollar) ilə 1500 usd(dollar) arasında dəyişir və Təhsil keyfiyyəti demək olar ki hər birində eynidir.

Türkiyədə Təhsil alanların Diplom tanınması haqqında:

Azərbaycan Respublikası və Türkiyə Cumhuriyyəti arasında bağlanan ölkələr arası təhsil sazişinə görə hər iki ölkənin diplomları bir birində tanınır. Sadəcə olaraq tanınma ilə əlaqədar olaraq bəzi ixtisaslarda (tibb,diş həkimliyi,əczaçılıq,mühəndislik və s.) təhsili bitirdikdən sonra öz ixtisasına uyğun ekvivalentlik imtahanı təşkil oluna bilər ,hər bir halda özəl və ya dövlət universiteti diplomlarının bir mənalı olaraq tanınmasını unutmamalıyıq.Bu barədə Təhsil nazirliyinin nostrifikasiya idarəsi fəaliyyət göstərir. http://ani.edu.gov.az/

Türkiyədə Təhsilə hansı yollarla getmək mümkündür?

Türkiyədə oxumaq üçün ilk öncə getmək istədiyiniz ixtisası daha sonra isə getmək istədiyiniz bölgəni müəyyən etməlisiniz,daha sonra gedəcəyiniz universitetin hansı sənədlər  və hansı imtahanları istədiyini həmin universitetin saytından müəyyən edə bilərsiniz,biz bu yazıda umumi məlumat verəcəyik.

Əgər bakalavr yəni məktəbdən sonrakı təhsil arzusundasınızsa sizdən Yös, Sat, Act, Tqdk, Attestat balı və sair kimi imtahanlar lazım olacaqdır.

Nəzərinizə çatdıraq ki, Sadəcə Attestatla Türkiyənin 30 dan çox Dövlət və 40 dan çox Özəl universitetində təhsil ala bilərsiniz və bunun sizin sonrakı diplom tanınma proseduruna heç bir aidiyyatı yoxdur.

Bakalavr üçün lazım olan sənədlər:

  • Attestat
  • Transkript(Orta bal)
  • X.passport və ya şəxsiyyət vəsiqəsi
  • Şəkil 3×4 6 və ya 12 ədəd
  • İstək məktubu

Əgər siz Türkiyədə Magistr oxumaq istəyirsinizsə Sizə İELTS,ALES kimi imtahanlar və ya diplomun orta balı tələb olunur.Magistr üçün lazım olan sənədlər:

  • Diplom
  • Diploma əlavə (qiymətlər cədvəli)
  • X.passport və ya şəxsiyyət vəsiqəsi
  • Şəkil 3×4 6 və ya 12 ədəd
  • İstək məktubu
  • Doktorantura təhsili hər universitetdə fərqli olduğu üçün onu gedəcəyiniz universitetdən maraqlanmaq daha doğru olar.

Türkiyədə təhsildə Biz sizə necə kömək edə bilərik ?

Biz Şirkət olaraq öncə müraciət edən şəxsə ödənişsiz konsultasiya edir,onun nə istədiyini müəyyən edir daha sonra hansı prosedurları keçməsi lazım olduğunu ətraflı izah edirik. Daha sonra əlindəki nəticələrə uyğun olaraq həmin tələbəmizin hansı universitetlərdə təhsil ala biləcəyinə bərabər qərar veririk.
Ödənişli xidmətlərə daxildir:

  1. Sənədlərin toplanması
  2. Sənədlərin tərcümə və təsdiqi
  3. Universitetə müraciətin edilməsi
  4. Qəbulun alınması
  5. Əsgərlik üçün sənədlərin toplanması
  6. İstəyə bağlı olaraq Qarşılanma
  7. İstəyə bağlı olaraq oturum və sığorta işlərinin təşkili