skip to Main Content
Almaniyada Təhsilə Hansı Yollarla Getmək Mümkündür?

Almaniyada təhsilə hansı yollarla getmək mümkündür?

Almaniyada təhsil almaq üçün ilk öncə oxumaq istədiyiniz ixtisası, daha sonra isə getmək istədiyiniz bölgəni müəyyən etməlisiniz. Daha sonra gedəcəyiniz universitetin hansı sənədlər  və hansı imtahanları istədiyini həmin universitetin saytından müəyyən edə bilərsiniz, biz isə bu yazıda umumi məlumat verəcəyik.

Almaniyada orta təhsil 12-13 il davam etdiyi üçün, əgər siz bakalavr, yəni məktəbdən sonrakı təhsil arzusundasınızsa siz Attestat balı və Yüksək Almanca sertifikatı   Studienkolleg-lərə müraciət etməlisiniz. Burada bir il təhsil aldıqdan sonra direkt  Almaniya universitetlərinə qəbul ola bilərsiniz və ya siz artıq Azərbaycanda hansısa Universitetə qəbul olubsunuzsa, yeni qərara əsasən 2015-ci ildən Orta məktəbi bitirmiş Azərbaycanlı tələbələr, Azərbaycandakı Universitetlərinin 1-ci kursundan etibarən Attestat balı,  Universitetin illik ortalaması və  Yüksək Almanca sertifikatı  ilə Almaniyada təhsillərini 1-ci kursdan davam edə bilərlər.  Nəzərinizə çatdıraq ki, sizin Almaniyada təhsil almağınızın sizin sonrakı diplom tanınma proseduruna heç bir aidiyyatı yoxdur.

Bakalavr üçün lazım olan sənədlər:

  • Attestat
  • Transkript(Orta bal)
  • Yüksək Almanca Sertifikatı( Testdaf4, Goethe C1 və ya Telc C1)
  • passport və ya şəxsiyyət vəsiqəsi
  • Şəkil 3×4 6 və ya 12 ədəd
  • İstək məktubu
  • Yüksək Almanca sertifikatı

Qeyd edək ki, Almaniyada Magistratura təhsili həm Almanca , həm də İngiliscə mümkündür ( Tibb və Hüquq istisna). Əgər siz Almaniyada Magistratura oxumaq istəyirsinizsə, Sizə Yüksək Almanca sertifikatı və ya İELTS  kimi imtahanlar və diplomun orta balı tələb olunur. Magistr üçün lazım olan sənədlər:

  • Diplom
  • Diploma əlavə (qiymətlər cədvəli) (GPA 80+ )
  • Yüksək Almanca sertifikatı və ya İELTS(minumum 6.5)
  • passport və ya şəxsiyyət vəsiqəsi
  • Şəkil 3×4 6 və ya 12 ədəd
  • İstək məktubu
  • Doktorantura təhsili hər universitetdə fərqli olduğu üçün onu gedəcəyiniz universitetdən maraqlanmaq daha doğru olar.