(+994) 50 210 36 48 (+994) 55 264 09 64 info@elitacademy.com
Xaricdə Təhsil

Xaricdə təhsil – Türkiyədə attestatla təhsil imkanı

XARİCDƏ TƏHSİL

Xaricdə təhsil indi düşündüyünüz qədər xəyal deyil. ELİT Academy xaricdə attestatla təhsil təqdim edir ki, bu məhz bu gün Azərbaycanda çox geniş yayılmış bir proqramdır. Biz Elit Academy təhsil şirkəti olaraq 4 ildir fəaliyyət göstərməyimizə baxmayaraq, 2000-dən çox tələbəni attestatla xarici dövlətlərdə təhsil almağını təmin etmişik. Təhsil şirkəti olaraq bakalavr və magistr təhsillərini davam etdirmək istəyən tələbələri attestatla xarici dövlətlərə göndəririk. Xaricdə attestatla təhsil almaq istəyən tələbələr bəzən imtahansız yerləşməni eşitdiklərində şübhə ilə yanaşırlar. Biz Elit Academy təhsil şirkəti olaraq bu şübhələri aradan qaldırırıq.

Xaricdə təhsil heçdə düşündüyünüz kimi deyil. Hətta Azərbaycandakı Universitetlərdən ucuz qiymətə, amma təhsil baxımından onlardan daha da yaxşı təhsil verə biləcək təhsil müəssisələri var. Sadəcə bizim gənclərin məlumatsızlığı bu gəncliyin iki il və bəzən daha çox hazırlıq və məşğələlərə getməsinə səbəb olur. Bu həm vaxt, həm də əlavə gəlir itkisidir. Bunu aradan qaldırmaq üçün sizə xaricdə attestatla təhsili məsləhət görə bilərik.

Xaricdə təhsil dedik də, bir dövlət deyil, bir neçə dövlət nəzərdə tutulur: Türkiyə, Almaniya, İtalya, Macarıstan, Ukrayna və s.

TÜRKİYƏDƏ TƏHSİL

Tələbələrimizin çoxu Türkiyədə təhsil almağa üstünlük verir. Bunun bəzi səbəbləri var. İlk öncə dil problemi olmur. Bu isə vacib bir nüansdır. Daha sonra qəbul olduqdan sonra imtahanların verilməsi üçün çox əziyyət çəkilmir. Bu orta səviyyəli fakultələrə aiddir və s. kimi səbəbləri göstərmək olar. Elit Academy təhsil şirkəti olaraq özəl qabiliyyət tələb etməyən bütün fakultələrə tələbə qəbulunu təşkil edirik. (Tibb daxil)

TÜRKİYƏDƏ YAŞAM ŞƏRAİTİ

Tələbələr üçün dövlət və özəl universitetlərdə yataqxanalar var. Qiymətlər isə təxminən 80-160 azn arasıdır. Özəl yataqxanalar isə 300-350 azn arası dəyişilir. Bundan başqa evlərdə də qalmaq mümkündür. Digər vacib məsələ isə təqaüd məsələsidir. Xaricdən gələn tələbələr başkanlıq, Türkiye bursları və sair bursları ala bilər, amma bəzi illər bu mümkün olmayada bilər.

TÜRKİYƏDƏ ATESTATLA TƏHSİL OLAN ÜNİVERSİTETLƏR

  • ADNAN MENDERES
  • ULUDAĞ
  • GİRESUN
  • BÜLENT ECEVİT
  • KARABÜK
  • KASTAMONU
  • KARS KAFKAZ
  • MUSTAFA KEMAL
  • FIRAT
  • MERSİN
  • GAZİOSMANPAŞA
  • MALATYA
  • YILDIZ TEKNİK
  • DÜZCE
  • SİNOP
  • AKSARAY

Türkiyədə attestatla təhsil almaq istəyən sayt ziyarətçilərimiz qeyd olunmuş linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər, əməkdaşlarımız yaxın zamanda sizə geri zəng edəcəklərdir: QEYDİYYAT