(+994) 50 210 36 48 (+994) 55 264 09 64 info@elitacademy.com
Səfər öncəsi hazırlıq

ELİT Academy sizlərə Almaniyada təhsil almaq imkanı təqdim edir. Siz aşağıda qeyd olunan bölmələrə uyğun olaraq Almaniyaya təhsil üçün müraciətin necə olunmağı, oradakı təhsil pillələri, ən əlverişli və imtahansız qəbul üsulları haqqında ətraflı məlumat ala bilərsiniz. Siz həmçinin aşağıda bölmədə yerləşdirdiyimiz geniş həcmli və dolğun bir şəkildə Almaniya üçün tələb olunan vizalar, vizanın alınma üsulları, Almaniyada qonaqlanma, qalmaq üçün mənzillər və onların kirayəsi və Bank hesabınızda olması tələb olunan məbləğ və s. bu kimi bütün məlumatları da ala bilərsiniz.

passport
Şenqen vizası
VISA-SHENGEN

Yarım il ərzində 90 günə qədər Almaniyada qalanda Şengen vizası (C kateqoriyası) üçün müraciət etmək lazımdır. Şengen vizası Almaniyada uzadıla bilməz. Bu viza müraciətdən təxminən 1-5 gün sonra verilir. Buraya aiddir: işgüzar səfərlər, tibbi müalicələr, avtomaşın alınmaları, qonaq səfərləri, turist səfərləri, qısa müddətli dil kursları və s.

  1. Şengen Vizası

http://www.baku.diplo.de/Vertretung/baku/az/03/C__S.html

  1. Qeydiyyat vərəqələrini oxumaq

Almaniyaya getməyi planlaşdıran kimi Almaniya səfirliyinin internet səhifəsinə ( www.baku.diplo.de ) baxın və burada Sizə uyğun gələn məlumat vərəqəsini diqqətlə oxuyun ki, əvvəlcədən hansı sənədlərin tələb olunduğunu biləsiniz.

  1. Səfirlikdə görüş üçün vaxt təyin etmək

Sənədlərinizi yalnız Sizin üçün qəbul vaxtı təyin olunduğu təqdirdə gətirə bilərsiniz. Qəbul vaxtının təyin olunması ödənişsizdir və internet vasitəsilə çox rahat həyata keçirilir.

Məlumat vərəqəsində sadalanan bütün sənədləri toplamağı gözləmədən qəbul vaxtını mümkün qədər tez təyin edin. Səfirlik yalnız istisna hallarda növbədənkənar qəbul vaxtı təyin edə bilər. Məlumat saatlarında qəbul vaxtının verilməsi qeyri-mümkündür.

Qəbul vaxtı təyin edərkən Siz viza sənədlərinin işlənmə müddətini nəzərə almalısınız.

Viza üçün müraciət etmək istəyən bütün şəxslərə qəbul vaxtının təyin olunması lazımdır. Əgər sizin pasportunuzda qeydiyyata düşən uşaqlar da Sizinlə səfər edəcəksə, bu halda yalnız bir qəbul vaxtı təyin etmək lazımdır. Belə olduğu təqdirdə xahiş olunur uşaqların adlarını öz adınızın yanında yazın.

Xahiş olunur 5 nəfərdən artıq qrup üçün qəbul vaxtını aşağıdakı email-ünvanına yazmaqla təyin edin: visa@baku.diplo.de

Əgər Siz təyin etdiyiniz qəbul vaxtında gələ bilmirsinizsə, xahiş olunur həmin qəbul vaxtını müvafiq qeydiyyat aparmaqla ləğv edin. Bu işi Siz çox rahat internet vastəsilə edə bilərsiniz. Bunun üçün Siz elektron poçt vasitəsilə gələn təsdiq məktubunda qeyd olunan ləğvetmə linkinə girməlisiniz.

Əgər Siz qəbul vaxtı təyin edib, lakin həmin vaxtda gələ bilməmisiniz və həmin qəbul vaxtını ləğv etməmisinizsə, növbəti yeni qəbul vaxtını təyin etmək üçün 3 həftə gözləməli
olacaqsınız.

  1. Sənədləri toplamaq

Sizə uyğun gələn məlumat vərəqəsinə bir daha diqqətlə baxın və orada sadalanan sənədlərin hamısını tam şəkildə toplayın.

Sizi dəvət edən şəxsə bildirin ki, viza üçün dəvətnaməni (əsli və ya fax, E-mail) Səfirliyə deyil məhz Sizə göndərsin. Öhdəlik haqqında bəyanət (Verpflichtungserklärung) yalnız original kimi qəbul olunur.

Yalnız tam şəkildə toplanmış sənədlər qəbul olunur. Natamam müraciət ərizələri geri qaytarılır. Bu halda Siz internet vasitəsilə yeni qəbul vaxtı təyin etməilisiniz, bunun üçün Sizə xüsusi növbədənkənar qəbul vaxtının verilməsi mümkün deyildir.

Azyaşlı uşaqlar üçün ərizə verərkən hər iki valideynin notarial qaydada təsdiq olunmuş razılığı lazımdır. Əgər valideynlər səfirliyə gəlib şəxsən ərizə təqdim edirlərsə bu sənədə ehtiyac yoxdur. Azyaşlı uşağın ərizəsinə həmişə mütləq doğum haqqında şəhadətnamə də əlavə olunmalıdır. Əgər Siz görürsünüz ki, bütün sənədləri tam şəkildə toplayıb catdıra bilmirsiniz, bu halda xahiş olunur təyin etdiyiniz qəbul vaxtını ləğv edib yeni vaxt seçəsiniz.

Sənədləri rəsmi müraciətdən əvvəl səfirlikdə məsələn, məlumat saatlarında gətirərək yoxlatmaq mümkün deyildir.

  1. Ərizəni təqdim etmək

Xahiş olunur dəqiq təyin olunmuş qəbul vaxtına gecikmədən gəlin, əks təqdirdə Siz içəri buraxılmaya bilərsiniz.

Səfirlikdə sənədlər şəxsən ərizəçi tərəfindən təqdim olunmalıdır.

Viza üçün rüsum sənədlər təqdim olunarkən avro pul vahidi ilə ödənilir. Xahiş olunur mümkün qədər həmin məbləği müvafiq əskinaslarla gətirin.

  1. Pasportu götürmək

Pasportu geri götürdükdən dərhal sonra verilmiş vizada şəxsiyyətə dair bütün qeydiyyatların düzgün olub-olmamasını yoxlayın.

Milli vizası
How-to-Get-Travel-Visa

Yarım il ərzində 90 gündən çox qaldıqda Siz milli viza (D kateqoriyası) üçün müraciət etməlisiniz. Sonra bu milli viza Almaniyada uzun müddət qalmaq üçün oturum kimi qeydiyyata alınacaqdır. Xahiş edirik nəzərə alın ki, milli vizanın verilməsi 4-8 həftəyədək uzana bilər. Buraya aiddir: ali təhsil, rezidentura, uzun müddətli dil kursları, ailə birləşməsi, könüllü fəaliyyət, alman firmalarında işə daxilolma.

  1. Sənədlərin verilməsi gününün təyin edilməsi

Mühüm məsələlər, xahiş olunur bunlara diqqət yetirəsiniz!

  • Yalnız öncədən qəbula yazılmaqla siz Almaniya Federativ Dövlətinin Azərbaycan Respublikasında olan səfirliyinə sənədlərinizi təqdim edə bilərsiniz.
  • Sənədlərin qəbul gününün təyin edilməsi pulsuz və online  aparılır.
  • Xüsusi ilə qeyd etməliyik ki, öncədən yazılmağınız məsləhətdir. Əks halda qəbula yazılmaq üçün boş yer axtarmalı olacaqsınız.
  • Qəbul gününü, lazım olan sənədlər toplanılmamışdan öncə təyin olunması məsləhət görülür. İnformasiya verilən günlərdə qəbula yazılmaq mümkün deyil!
  • Qəbul gününü təyin edərkən, sizə sənədlərinizi tam toplamaq üçün lazım olacaq qədər vaxt ayırmağınıza diqqət yetirin.
  • Viza üçün müraciət edən hər kəs qəbul gününü təyin etməlidir. Təyin olunan qəbul günü isə sənədlərinizi tam olaraq səfirliyə təqdim etməlisiniz.
  • Əgər təyin etdiyiniz gəbul günündə gələ bilmirsinizsə, sizdən xahiş olunur, qəbul vaxtınızı ləğv edəsiniz. Bunu isə sizə göndərilən elektron məktubda qeyd olunmuş link vasitəsi ilə həyata keçirə bilərsiniz. Əks halda siz növbəti 3 həftə ərzində yeni qəbul gününü təyin edə bilməyəcəksiniz.
  1. Sənədlərin hazırlanması

Qeyd olunan məlumatlarla diqqətlə tanış olmağınız çox vacibdir.

Yalnız bütün zəruri sənədlərin tam qaydasında olduğu zaman sizin ərizəniz qəbul olunacaq. Zərüri sənədlərdən hər hansı birisinin olmadığı təqdirdə, ərizəniz qeydə alınmayacaq. Bu təqdirdə siz yenidən online sistemdən istifadə etməklə sənədlərinizi etmək məqsədi ilə, yeni qəbul gününü təyin etməli olacaqsınız.

Həddi bulluğ yaşına çatmayan uşaqlar üçün hər iki valideyinin notarial qaydada təstig  olunmuş, ölkədən kənara çıxma haqda razılığı olmalıdır. Hər iki valideyin viza alma prosesində şəxsən iştirakı edərlərsə, notarial təstiqə ehtiyac duyulmur. Həddi bulluğ yaşına çatmayan uşağın anketasına doğum şəhadətnaməsi əlavə olunmalıdır.

Zəruri sənədləri təyin olunmuş vaxta qədər toplaya bilməyəcəyini anladıqda yeni qəbul günü təyin etməlisiniz. Məlumat saatları vaxtı sənədlərinizə baxılmayacaq!

  1. Sənədlərin vizaya verilməsi

Təyin olunmuş gün və vaxtda gəlməyiniz xahiş olunur. Gec gəldiyinizdə, sənəd qəbulu prosesinin sıx olduğunu nəzərə almaqla, siz konsulluq şöbəsinə buraxılmaya bilərsiniz.

Bir qayda olaraq, hər ərizəçi sənədlərini şəxsən təqdim etməlidir. Ödəniş nəğd məbləğlə, avro valyutasında sənədlərin təqdim edildiyi an aparılır.

Qeyd etməliyik ki, Sizə aid olan məlumat vərəqəsini viza almaq üçün sənədlərlə birlikdə gətirməlisiniz. Nəzərinizə alın ki ən azı alman dilində bəsit səviyyədə anlaşa bilməlisiniz.

  1. Pasportun alınması

Pasportu almaqla ilk növbədə sizin haqda yazılan məlumatın düzgün olub olmamasını yoxlayın. Yerindəcə aşkarlanan səhv elə yerindəcə düzəldilə bilər. Bir müddət sonra aşkarlanan səhv üçün isə siz yenidən viza rüsumunu ödəməli olacaqsınız.

Milli viza üçün ayrılmış vaxt 4-8 həftə civarındadır. Yalnız səfirlik sizə bununla bağlı heç bir zəmanət vermir. Sənədlərinizin yoxlanılıb bitməsi haqda məlumat sizə əlavə
olaraq telefon vasitəsi ilə veriləcək. Əlavə olaraq bu haqda məlumat almaq üçün səfirliyə zəng etmək lazım deyil. Səfirlik sizə qərar qəbul olunan kimi xəbər verəcək.

Qeyd etmək istəyirik ki, Almaniyada ev axtarışı bir o qədər də asan məsələ olmasa da, icarəçilərin hüquqları o qədər yaxşı qorunur ki, uzun müddətə ev icarə etməkdə onlara heç nə narahatlıq törətmir.

Azərbaycandan fərqli olaraq burada evlər əsasən mebelsiz (unmöbeliert) icarəyə verilir. Əvvəlki icarəçilər şəxsi əşyalarını ya özləri ilə aparırlar, ya satırlar  və ya sözün əsl mənasında küçəyə, zibilliyə atırlar. Yeganə olaraq mətbəx mebeli saxlanılması ənənəsi vardır. Mütləq ev axtarışı zamanı icarə etmək istədiyiniz evin mebelli olub olmamasına diqqət yetirin.Tez-tez elə hallara da rast gəlmək olur ki, ev yiyəsi mebelini sizə satmaq istəsin. Evdə mebel olmadığı təqdirdə onu almaq artıq sizin üstünüzə düşür. Bu isə böyük məbləğdir. Yaddan çıxarmaq olmaz ki, evi tərk etdiyiniz zaman gətirdiyiniz mebeli də aparmalısınız.

İcarəyə verilən evlər haqqında məlumatları siz qəzetlərdən və əlbəttə ki internet səhifələrindən əldə edə bilərsiniz. Evlərin çoxu aqentliklər vasitəsi ilə icarəyə verilir. Bu isə o anlama gəlir ki, evi siz özünüz tapsanız belə, həmin aqentliyə müəyyən məbləğdə provizion ödəməli olacaqsınız. Bu isə təxminən aylıq icarə haqqının 2, 38% deməkdir.

Bundan əlavə siz evi icarə etdiyinizdə “kaution” ödəməli olacaqsınız ki, bu da bir depozit funksiyasını yerinə yetirir və ev yiyələri tərəfindən bir qarantiya kimi istifadə olunur. Siz icarə haqqını ödəməkdən imtina etdiyiniz və ya  istifadə etdiyiniz mebel və digər əşyaları xarab etdiyiniz zaman ev yiyəsinin xərcləri oradan çıxılacaqdır.

Ödənişi həm şəxsən, həm də pul köçürülməsi vasitəsi ilə həyata keçirə  bilərsiniz. Ən ideal variant ikincidir. Ən azı əlinizdə bir təstiq, rəsmi sənəd olacaq ki, siz həmin məbləği həqiqətən ödəmisiniz.

İcarəçi ev haqqında reklamda məlumat verir. Evin kvadratı, otaqların sayı, mebelli olub-olmaması, tualet, hamam və koridor haqqında həm məlumatlar yerləşdirilir, həm də şəkillər əlavə olaraq nümayiş etdirilir. Ev yiyəsi ilə danışıqdan sonra siz termin(görüş vaxtı) təyin edib, evə şəxsən gedib baxa bilərsiniz. Koridor, tualet, hamam və dolab otaq hesab olunmur.

Özünüzü dələduzlardan qoruyun!

Mənzilin  nə qədər mərkəz yerlərə yaxın olması, kvadratı, mebelli olub-olmamasından asılı olaraq qiymətlər fərqlənir. Elanlarda evin neçənci mərtəbədə yerləşməsi (EG-Erdgeschoss, OG- Obergeschoss, DG- Dachgeschoss) və qiymeti haqqında məlumat verilir. Qiymətlər iki növ olur. “Soyuq” və “İsti”. “Soyuq” qiymət evdə yaşamaq haqqıdır. “İsti” qiymət isə əlavə xərcləri göstərir. Son ödəniş məbləği “İsti” olan məbləğdir + əlavə olaraq Kaution (deposit).

Əlavə xərclər nədir? İstifadə etdiyiniz qaz, su, evin sığortası, isidilməsi, elektro-enerji, zibilin yığışdırılması və s. Məbləğ isə 50-250 avro civarındadır.Telefon və internet ödənişi isə əlavə xərclərə daxil deyil. Onun ödənişi artiq sizin öz üzərinizdədir.

İndi isə daha mərhələli şəkildə izah edək.

Siz internet vasitəsi ilə icarəyə verilən evlərə baxırsınız. Bir evi bəyənirsiniz. Qiyməti, şəraiti, şərtləri sizi tam qane edir. Ev yiyesi ilə əlaqə saxlayıb termin, vaxt təyin edirsiniz və evə şəxsən baxmaq niyyətinizi bildirirsiniz.

Təyin olunmuş gündə və vaxtda gəlib evə baxa bilərsiniz və evi icarəyə götürmək istəyinizi və yaxud digər variantlara diqqət yetirmək istəyinizi bildirə bilərsiniz. Ev sizi tam qane edirsə, ev yiyəsinə bu haqda məlumat verirsiniz. Bu andan artıq ev yiyəsi qərar qəbul edir. Ev sahibi ilə razılığa gəldikdən sonra, sizinlə standart formada olan müqavilə imzalanılır. Həmin müqavilədə bu evə aid olan bütün suallara cavab və məlumat qeyd olunmalıdır. Diqqətli olun. Əvvəlcədən qeyd olunmamış, danışılmamış punktlara (Misal: siz evə girdiyiniz anda divarlar yenicə boyanmışdırsa, ev yiyəsi sizdən evi tərk etdiyinizdə divarları yenidən boyanmasını sizdən teləb edə bilər)  dair sual verməkdən çəkinməyin!! Şərtlərə diqqət yetirin!! Özünüzü dələduzlardan qoruyun!!

Müsbət xüsusiyyətlər:

  • Müstəqillik
  • Şəxsi eviniz
  • Komfort

Mənfi xüsusiyyətlər:

  • Bahalıdır
  • İcarəçi ilə yarana biləcək problemlər
  • Evdə yarana biləcək problemlərə siz şəxsən cavabdehsiniz.

Tələbə Yataqxanası

Almaniyada Universitet tələbəsi kimi tələbə yataqxanasında qeydiyyata düşə bilərsiniz və ya Almaniyada çox məşhur olan WG evlərindən birində özünüzə otaq icariyə götürə  bilərsiniz.

Tələbə yataqxanasında qeydiyyata düşmək üçün sizin əlinizdə tələbə vəsiqəsinin olması mütləq şərtdir, siz universitetə rəsmi olaraq qəbul olunmalısınız. Yəni əlinizdə Zulassung sənədi olsa belə siz Tələbə yataqxanasına qeydiyyata  düşə bilməyəcəksiniz. Birmənalı olaraq, tələbə vəsiqəsini təqdim etməlisiniz.

Tələbə yataqxanaları əsasən universitetlərə aiddir. Qeydiyyata düşmək üçün siz birbaşa universitetin özü ilə əlaqə yaratmalısınız və bu məsələni universitet administrasiyası özü həll edir.

Tələbə yataqxanası 2 cür olur
1 otaqlı xırda evlər formasında
olan yataqxanalar mətbəx, hamam, tualet və kiçik bir otaqdan ibarət olur ki, təxminən
18-20 kvadrat metr böyüklüyündə olurlar.

  • WG-yə bənzər yataqxanalarda isə hamam, tualet və mətbəx ümumi, otaqlar isə ayrı olur.

Tələbə yataqxanasında otaqlar mebelli və ya ümumiyyətlə mebelsiz icarəyə verilə bilər. Bu tamamilə sizin istəyinizdən asılıdır. Mebelli olduğu təqdirdə əsasən, yazı masası, yataq, divan və rəflərlə təmin olunursunuz.

 

Tələbə yataqxanasının müsbət xüsusiyyətləri:

  • Bahalı deyil (qiymətlər 230-330 avro civarındadır);

Hər bir şəraiti var (paltar yuyan maşın, hər otaqda internet mövcuddur );

  • Şəxsi evdən fərqli olaraq icarə haqqına hər növ əlavə xərclər daxildir.

Əsasən universitet kampusuna yaxın bir yerdə yerləşir;

  • Tələbələrlə daha mehriban bir ortamda olursunuz;
  • Gün boyu almanca danışmaq imkanı. Bunun sayəsində siz alman dili biliklərinizi daha da mükəmməlləşdirə bilərsiniz;
  • Yaranan məişət problemləri zamanı hər istənilən an yataqxana administrasiyasına müraciət edə bilərsiniz.

 

Mənfi xüsusiyyətləri:

  • Şəxsi otağınızın kiçik olması;

Administrasiya tərəfindən qoyulmuş qaydalar;

  • Yataqxanada sizə ayrılacaq mənzilin zaman alması (4-6 ay).

Bizi Facebook-dan izlə

WG və ya kommunal evlər

WG Almaniyada tələbələr arasında ən populyar və sevilən
yaşayış növüdür. Dostlarla birlikdə yığışıb bir ev icarə etməkdən yaxşı nə ola bilər? Lakin WG-ni siz nəinki dostlarla, həm də tanımadığnız insanlarla qura bilərsiniz. Ən əsası bir birinizi başa düşməkdir və birlikdə yaşayış qaydalarını tərtib etməkdir.

Müsbət xüsusiyyətlər:
Bahalı yaşayış növü deyil

  • Yeni tanışlıqlar, yeni dostlar və kontaktlar.
  • Alman dilində 24 saat ərzində danışmaq imkanı, digər dillərdəki biliklərinizi də həmçinin yaxşılaşdıra bilərsiniz.

 

Mənfi xüsusiyyətlər:

  • Bu növ yaşayışa hər kəs uyğunlaşa bilmir. Ona görə tək 1-otaqlı ev icarə etmək istəyənlərin sayı da az deyil.

Bəs ev elanlarını harada axtarmaq olar? Əlbəttə ki, internet səhifələrində!

Bunlar Almaniya ərazisində fəaliyət göstərən ən böyük internet səhifələridir.

http://www.wg-gesucht.de/,

http://www.studenten-wg.de/,

http://www.biete-wg.de/,

http://www.immobilienscout24.de

Universitetin elanlar lövhəsində də mənzil elanları tapa bilərsiniz. Otaqlar, otaq yoldaşı axtaranlar, evini icarəyə verənlər və sair.

Studentenwerk-ə xüsusi diqqət yetirməyiniz çox vacibdir.

Məsləhətdir ki, ev axtarışına mümkün qədər tez başlayasınız. Dərslər başlayan zaman bu sizin diqqətinizi çox yayındıracaq və vaxtınızı alacaq.

Almaniyaya təhsil vizasını (Milli Viza, D kateqoriyalı) almaq üçün mühüm şərtlərdən biri də maliyə təminatıdır. Bunun üçün mövcud olan 3 variantı təqdim edirik.

  1. Almaniyada Sperrkonto

Almaniyada zəmanət funksiyasını yerinə yetirən Sperrkonto-nun açılması. Bu siyasətlə Almaniya Federasiyası həm öz maraqlarını qoruyur, həm də sizin təhsil müddəti ərzində maddi vəziyyətinizin stabil olacağına dair zəmanət alır.

Hesabın açılması üçün Almaniya Federasiyasının ərazisində olmaq məcburi deyil. Sperrkonto Azərbaycanda olarkən də açıla bilər. Bunun üçün Almaniyanın Deutsche Bank-ına müraciət etmək yetərlidir.

Deutsche Bank-ın Sperrkonto səhifəsi üçün link:

Bank hesabının açılması mərhələləri.

  1. Yuxarıda qeyd olunan linkə daxil olmaqla Sperrkonto haqqında ətraflı oxuduqdan sonra, elə həmin səhifənin aşağısında “Forms” sözündə lazımi formulyarlar
    mövcuddur.
  2. Formulyarı kompüterə yüklədikdən sonra, onu doldurursunuz və  xarici pasportunkopyası, Universitetdən qəbul sənədi ilə birlikdə Almaniya səfirliyinə qəbul zamanı (günü) yaxınlaşırvə sənədləri təsdiqləyirsiniz. Şəxsən iştirakınız mütləqdir. Sənədlər;
  • Doldurulmuş və səfirlik nümayəndəsinin yanında imzalanmış Formulyar
  • Xarici Pasport
  • Universitet və ya dil kursundan dəvətnamə
  • Azərbaycan banklarından birindən hesabınızda 8640 avro olduğuna dair Account Statement
  1. Təstiqlənmiş  müvafiq sənədləri və Poçt ödənişi olaraq 16 AZN-i Almaniya səfirliyinə təqdim edirsiniz.

Ünvan:

Deutsche Bank Privat-und
Geschaftskunden AG

Frankfurter Straße 1, 04024
Leipzig, Germany

4. Yuxarıda qeyd olunmuş Bankın əmri əsasında sizin adınıza bank hesabı açılır və sizə, səfirliyin iştirakı olmadan, poçt vasitəsi ilə və ya elektron formatda bu haqda məlumat verilir. Həmin məktubda sizin adınıza olan Bank hesabının nömrəsi qeyd olunur ( BLZ- Bankleitzahl- bank kodu, İBAN- İnternational Bank Account Number- Beynəlxalq Bank hesabının nömrəsi).

5. sizin adınıza açılmış müvafiq hesaba lazım olan miqdarda pulu köçürürsünüz. Bir neçə gündən sonra köçürdüyünüz pulun hesaba oturduğuna dair Bank tərəfindən məlumat veriləcək.

Milli viza üçün Almaniya səfirliyinə müraciət etdiyiniz gün bu məktubu digər lazım olan sənədlərlə birlikdə təqdim edirsiniz.

Qeyd etmək lazımdır ki, Bank hesabında 8640 avro olmalıdır ki, bu məbləğdən hər ay yalnız 720 avro xərcləyə bilərsiniz. 8640 avrodan əlavə bank hesabına pul yatırıldığında, həmin məbləği heç bir çətinlik çəkmədən əlavə olaraq çıxara bilərsiniz.

  1.   Stipendium

Stipendiya qazanmaq bir o qədər də asan olmasa da, mümkünsüz də deyil. Bunun üçün yaxşı qiymətlər, yüksək bilik, motivasiya və əlbəttə ki, azacıq şansa ehtiyac var. Almaniyanın ən məhşur təhsil stipendiya proqramlarından biri DAAD -dir.

Minimal məbləğ 300 avrodur. Fərqli proqramlarda bu məbləğ 650-1000 avro civarındadır. Musiqiçilər, idmançılar və yaradıcı şəxslər üçün fərqli stipendiyalar mövcuddur.

Stipendiya qazandığın təqdirdə bank hesabı açmağa ehtiyac qalmır. Həmin rəsmi sənədi digər sənədlərlə bir yerdə Almaniya səfirliyinə təqdim etməklə Bank hesabı açmaqdan azad edilirsən. Həmin rəsmi sənəddə bu qazandığın proqram sənin təhsil haqqını ödəyəcəyinə dair zəmanət verir.

  1. Qəyyumluq

Sonuncu imkan isə odur ki, hər hansı bir alman və ya Avropa Birliyinin vətəndaşı səni öz qəyyumluğuna qəbul edir və zəmanətçi kimi özünü göstərir. Bu halda da əlavə bank hesabı açmaqdan azad edilirsən.