(+994) 50 210 36 48 (+994) 55 264 09 64 info@elitacademy.com
Almaniyada yaşayış

ELİT Academy sizlərə Almaniyada təhsil almaq imkanı təqdim edir. Siz aşağıda qeyd olunan bölmələrə uyğun olaraq Almaniyaya təhsil üçün müraciətin necə olunmağı, oradakı təhsil pillələri, ən əlverişli və imtahansız qəbul üsulları haqqında ətraflı məlumat ala bilərsiniz. Siz həmçinin aşağıda bölmədə yerləşdirdiyimiz geniş həcmli və dolğun bir şəkildə Almaniyada təhsil müddəti, orada təhsilinizi davam etdirmək üçün sizə lazım olan bilik və bacarıqların nə və hansı səviyyədə olması haqqında da geniş məlumat əldə edə bilərsiniz.

germany

Bu hissədə biz sizlərə hansı sığortaların mövcud olması barədə, xəstələndiyiniz zaman nə etməli olduğunuzu, müalicənin necə aparılacağı və ödənişi haqda  və digər suallarla bağlı məlumat verməyə çalışacağıq.

Qeyd edək ki, siz Almaniya Universitetlərində təhsilinizə icbari tibbi sığorta olmadan başlaya bilməzsiniz. Hər tələbə mütləq olaraq bir  şirkət tərəfindən sığortalanmalıdır.

Sığortalanmış şəxslərin hüquqları və vəzifələri.

Seçdiyiniz hər hansı bir şirkət tərəfindən sığortalanmağınız o demək deyil ki, həmin şirkət sizin hər bir tibbixidmətlə əlaqəli xərclərinizi qarşılayacaq. Bunun üçün siz öncədən hansı xidmətlər  qarşılığında sizinxərclərinizin şirkət tərəfindən ödənilməsini dəqiqləşdirməlisiniz: xəstəlik, müalicə, dərmanların alınması vəs. Məsələn: sığorta şirkətləri siz stomotoloqun yanına getdiyiniz zaman xərclərin yalnız bir hissəsini ödəyir(reabilitasiya prosedurları və s.). Bəzi tibbi xidmətləri siz özünüz öz cibinizdən ödəməli olacaqsınız. Bununüçün öz sığorta aqentinizdən hansı sahələrin sığorta ilə qarşılandığını dəqiqləşdirməyi  unutmayın.

Sığorta kartınız hər zaman üzərinizdə olmalıdır.

Müqaviləni imzaladığınızdan bir neçə həftə sonra sizə poçt vasitəsi ilə  Versichertenkarte göndəriləcək. Bukart sizin Almaniyada yerləşən demək olar ki, hər bir tibb ocağında tibbi yardım ala bilməyiniz üçün çoxvacibdir. Hər dəfə həkim yanına getdiyinizdə, siz bu kartı onlara təqdim etməlisiniz. Həmin kartın  üzərindəsizin haqqınızda (adınız, soyadınız, adress, doğulduğunuz tarix və s.) və həmçinin sizin keçirdiyiniz xəstəliklər barədə məlumatlar göstərilir.

Həkim yanına getdikdən sonra ödəniş  haqqında narahat olmağa dəyməz. Tibbi müəssisə hesabı birbaşasizin sığorta şirkətinizə  yollayacaq.

Həkim və tibbi müəssisəni siz özünüz seçirsiniz və sığorta şirkəti heç bir məsuliyyət daşımır.

Tibbi müəssisənin
həmin şirkət ilə müqaviləsi olmadığı halda, ödənişi siz özünüz etməli olacaqsınız. Əsas olan, sizinmüraciət etdiyiniz tibbi müəssənin sizin sığorta şirkəti ilə müqaviləsinin olmasıdır (siyahıda olmasıdır).Siyahıda olmadığı zaman ödənişi siz özünüz öz
cibinizdən ödəməli olacaqsınız və sığorta şirkəti heç bir məsuliyyət daşımır.

Həkimləri siz seçirsiniz, lakin seçdiyiniz həkim sizi başqa bir mütəxəssisin yanına göndərə bilər.

Sığorta şirkətinin hesabına siz hər ay və kvartalda bir dəfə ödəniş edirsiniz. Təxminən icbari sığortanınaylıq ödəniş haqqı € 78,01.

Apteklərdən dərmanların alınması.

Dərmanları siz apteklərdən və ya online olaraq internetdən ala bilərsiniz.
(www.apotheken.de).  Dərmanlar iki
cür olur:

  • Həkim resepti ilə verilən
  • Resept olmadan belə alınması mümkün
    olanlar.

Icbari
sığorta şirkəti yalnız həkim tərəfindən yazılmış dərmanların qiymətini ödəyir. Müəyyən hallarda siz həmin məbləğin bir hissəsini ödəməyə
məcbur ola bilərsiniz. Qeyd edilməlidir ki, başqa dövlətlərdən fərqli olaraq Almaniyada bir çox dərmanları ancaq həkim resepti ilə alınması
mümkündur.

Xarici tələbələr üçün  icbari sığorta ilə əlaqəli olan informasiya burada PDF formatında verilir.

http://germanblog.ru/wp-content/uploads/2011/11/allgemeine_info_gkv_ausl_studierende_in_d.pdf

Almaniyada yaşayış yeri üzrə qeydiyyata düşmək çox mühim məsələdir. İlk öncə qeyd etmək lazımdır ki, bu proses  demək olar ki həm almanlar üçüm, həm də xaricilər üçün eynidir. Yeganə fərq isə ondan ibarətdir ki, xarici vətəndaşdan Bezirksamt-da aktual vizani təqdim etməyi tələb edə  bilərlər. Əlavə hər hansı bir qeydiyyata ehtiyac yoxdur.

Almaniyada yaşayış yeri tapılan (təmin olunan) kimi, vətəndaş həmin yer üzrə müvafiq  bələdiyyədə (Einwohnermeldeamt – Bezirksamt) qeydiyyata düşməlidir – hərfi olaraq “yaşayış qeydiyyati üzrə orqan”. Beləliklə hər dəfə yaşayış yerinizi dəyişdiyinizdə, yenidən qeydiyyata düşməlisiniz. Qeyd etmək lazımdır ki, bu sənədin sizə gələcəkdə çox köməyi dəyəcək.

Faktiki olaraq, qeydiyyat vərəqəsi A4 formatında olan bir vərəqədir. Həmin kağız üzərində qeyd olunan məlumatlar isə, yaşadığınız yerdən asılı olaraq, tam fərqli ola bilər.

Həmin sənədin alınması üçün sizdən üzərində Vizanız olan xarici pasportu, icarə etdiyiniz mənzilin müqaviləsini və müvafiq formatda
doldurulmuş formulyarı  tələb edəcəklər. Həmin formulyarı siz qeydiyyata duracağınız Bezirkamt-dan ala bilərsiniz. Formulyarı doldurduğunuz vaxtda çətinlik çəksəniz, Almaniya bürokratiyasından qorxmadan bələdiyyə işçisinə yaxınlaşıb, yardım etmək üçün müraciət edə bilərsiniz

Sənədləriniz tam qaydasında olduğu zaman, sizə müvafiq yaşayış yeri üzrə A4 vərəqli sənəd təqdim olunacaq. Bu andan etibarən siz həmin yer üzrə qeydiyyatda sayılırsınız. Pasporta hər hansı bir möhür və ya günlərlə davam edəcək prosedurlar tələb olunmayacaq.

Xüsusi ilə qeyd etmək lazımdır ki, yaşayış yeri üzrə sənədin orijinalına ancaq Auslanderbehörde-də (xaricilərlə iş üzrə orqan) oturma icazəsinin uzadılacağı anda ehtiyac duyulacaq.

Qeydiyyata salındığınız an sizin haqda informasiya ümumi məlumat bazasına daxil olunacaq. Bu məlumatlar dövlət orqanları tərəfindan istifadə oluna bilər (misal: Polis).

http://service.berlin.de/bezirksaemter/

Bildiyiniz kimi formasından asılı olmayaraq Azərbaycanda aldığınız Vizalar maksimum 3 ay müddətində olur. Yalnızca bu viza Milli viza olarsa, Almaniyaya gəldikdən sonra 3 ay tamam olmamış bu vizanı müəyyən müddətə qədər uzatmaq olur.
Vizanı uzatmaq üçün yaşadığınız şəhərin Auslənderbehörde-sinə ( İmmiqrasiya şöbəsi ) müraciət etmək lazımdır. Bir çox hallarda görüş vaxtını 2 bəzən də 3 ay sonraya almaq mümkün olur. Bunun üçün də Almaniyaya gəldikdən həmən sonra 3 aylıq Vizanızın bitməsinə 3 həftə qalmış hansı tarixi göstərirsə həmin tarixə uyğun olaraq Auslenderbehörde-dən Termin ( Görüş Vaxtı ) almağınızı məsləhət görürük.
Vizanın uzadılması üçün əksər hallarda lazım olan sənədlər;
a. Xarici Pasport
b. Tələbə bileti və Uni-də qeydiyyat vərəqəniz
i. Tələbə deyilsinizsə, dil kursundan aldığınız dəvətnamə
c. Bələdiyyədən aldığınız qeydiyyat vərəqəsi
d. 4 ədəd biometrik fotoşəkil
e. Bank hesabınızda 7908 avro olduğuna dair bankdan sənəd
f. Siğorta etdirdiyinizə dair sənəd