(+994) 50 210 36 48 (+994) 55 264 09 64 info@elitacademy.com
Müraciət formaları

ELİT Academy sizlərə Almaniyada təhsil almaq imkanı təqdim edir. Siz aşağıda qeyd olunan bölmələrə uyğun olaraq, Almaniyaya təhsil üçün müraciətin necə olunmağı, oradakı təhsil pillələri, ən əlverişli və imtahansız qəbul üsulları haqqında ətraflı məlumat ala bilərsiniz. Siz həmçinin aşağıdakı bölmədə yerləşdirdiyimiz geniş həcmli və dolğun bir şəkildə Almaniyada təhsil müddəti, orada təhsilinizi davam etdirmək üçün sizə lazım olan bilik və bacarıqların nə və hansı səviyyədə olması haqqında da geniş məlumat əldə edə bilərsiniz.

1959teg_566c479147aa33e
  1. Almaniyanın məktəb sistemi

Almaniya vətəndaşlarının universitet və akademik təhsilə başlamaları üçün təməl təhsil verən gimnayizanı tamamlamaları vacibdir. Gimnaziyanı bitirən şagirdlər Abitur (Məktəbi bitirdiyinə dair) sertifikatı almaq üçün imtahan verməlidirlər və bu imtahanı keçə bilən şagirdlər universitetə qəbul olmaq şansı əldə edirlər. Bu müddət 12 il davam edir.  Fərqli ölkələrdən gələn tələbələr əgər Almaniyada bir başa Bacherlor və ya Staatsexamen (tibb, hüquq, stomatoloqiya) ixtisaslarında təhsil almaq istəyirlərsə,  öz ölkələrində ən az 12 il təhsil almaları və Abitura bərabər bir sertifikat ilə bunu isbat etmələri lazımdır. 12 il təhsili tamamlayan şagirdlər lazımı səviyyədə dil sertifikatını əldə etdikdən sonra Almaniyada universitet təhsilinə başlaya bilərlər. Ancaq öz ölkəsində 12 ildən az təhsil görən şagirdlər universitet təhsilinə başlamadan əvvəl yetərli biliklərə malik olduqlarını isbat etmək üçün imtahan verməlidirlər. Bu imtahanı Studienkolleg-də vermək vacibdir. Studienkolleg nədir və orada imtahan sistemi haqqında növbəti bölmədə ətraflı yazılıb.

  1. Studienkolleg

Yuxarıda qeyd etdiyimiz kimi Studienkolleg xarici tələbələrin qatıldığı hazırlıq sinifidir və öz ölkəsində 12 ildən az təhsil alan şagirdlər üçündür. Studienkolleg 1 il davam edir. Bura qəbul olmaq üçün Sən, Aufnahmeprüfung (qəbul imtahanı) kursu, bitirmək üçün isə sonda Feststellungsprüfung (Qiymətləndirmə imtahanı) verməli olacaqsan. Demək olar ki, Almaniyanın hər bir universitetinin nəznində (Hochschule, Fachhochschule istisna olmaqla) və ya torpağında (NRW istisna olmaqla) mərkəzləşdirilmiş Studienkolleg təhsili mövcuddur. Nəzərinə çatdıraq ki, Studienkolleg-də gələcəkdə oxumaq istədiyin ixtisaslar kurslara bölünüb. Bu da o deməkdir ki, Sən 1 ildən sonra hansı sahəni oxumaq istəyirsənsə həmin kursu da Studienkolleg-də oxumalısan.Bu təhsili tamamladıqdan sonra və Feststellungsprüfung (Qiymətləndirmə imtahanı) uğurla verdikdən sonra Sən bir başa olaraq universitet təhsilinə başlaya bilərsən.

  1. Alman və ya ingilis dilində universitet təhsili

Almaniyada Sən, alman dili ilə yanaşı ingilis dilində də təhsil ala bilərsən. Bir çox universitetlər ingilis dilində təhsil proqramları təklif edir. Xususi ilə Master təhsili üçün inglis dilində təhsil şansı çoxdur. Bununla yanaşı Almaniyada bakalavr təhsili üçün də ingilis dilində təhsil proqramları kifayet qədər var. Ən çox iqtisadiyyat və sosial elmlər ingilis dilində təklif olunur,  tibb, təbiət elmləri və kənd təsərrüfatı isə yalnızca alman dilində tədris edilir. İngilis dilində təhsil almaq üçün sənə sadəcə ingilis dili biliklərini sübut etmək kifayətdir (TOEFL və ya IELTS). İngilis dilli ixtisaslarda Sənin qarşına heç bir alman dili tələbi qoyulmur. Almaniyada ingilis dilində təhsil haqqında məlumatları iki yolla əldə edə bilərsən. Birinci yol oxumaq istədiyin universitetin səhifəsinə baxaraq ingilis dilində tədris olunan ixtisaslar haqqında məlumat ala bilərsən. Bundan əlavə isə Sən saytımızın Universitetlər bölməsindən ingilis dilində təhsil verən universitetləri və ya ixtisasları tapa bilərsən. Həmin internet səhifəsində, Almaniyada ingilis dilində tədris olunan bütün təhsil proqramlarının siyahısı var. Həmçinin təhsil proqramları və onların məzmunu haqqında ən mühüm məlumatları sən bu səhifədən əldə edə bilərsən. Ingilis dilində təhsil aldığın dövrdə  alman dilini öyrənmək üçün universitetlərin təklif etdiyi dil kurslarna da yazıla bilər və dil qabiliyyətlərini inkişaf etdirə bilərsən.

  1. İmtahansız qəbul

Almaniyada təhsilin gözəl üstünlüklərindən biri də odur ki, istənilən universitetə, Hochschule və ya Fachhochschule`yə qəbul olmaq üçün heç bir imtahan lazım deyil, yəni istər bakalavr, istər maqistratura istərsə də Staatsexamen oxumaq istədiyin  halda heç bir imtahanın verilməsinə ehtiyac yoxdur. Yegane tələb tələbənin dil biliklərini təstiq edən sənəddir.

  1. Bakalavr (Bachelor)

Bakalavr təhsili ilk ali təhsil pilləsi olaraq Almaniyada 3-4 il davam edir, yığılacaq kreditlərin miqdarı isə 180-240 civarında dəyişilir (semestrə 30 punkt). Alman universitetlərində 2 növ bakalavr təhsili mövcuddur: Bachelor of Science və Bachelor of Arts. Bu növlərin aralarında olan yeganə fərq odur ki, Bachelor of Arts daha praktika yönümlüdür və əsasəndə Hochschule və Fachhochschule`lərde tətbiq olunur. Bachelor of Science isə daha çox qocaman universitetlərdə tədris edilir və tamamilə nəzəri biliklərin öyrədilməsi təmin edir.

  1. Maqistratura (Master)

Almaniyada maqistratura təhsilinə başlamaq üçün yeganə tələb bakalavr diplomunun və dil biliyinin olmasıdır. Maqistratura təhsili 2 il davam edir və təhsil dövrü ərzində 60-120 kredit yığmağın gərəkdir. Ümumilikdə isə maqistratura pilləsini uğurla başa vurmaq üçün tələbə bakalavr və maqistratura pillələrində ümumi olaraq ən azı 300 kredit yığmalıdır. Magistratura pilləsinə sənəd vermək üçün tələbənin bakalavr təhsilini tamamlamağı şərt deyil. Əgər sən bakalavr təhsilində toplamalı olduğun kreditlərin 80%-ı  uğurla başa vurmusansa  transkriptini göndərərək maqistraturaya şərtli qəbul ala bilərsən. Sənə məzun olduğunu təsdiq edən sənədi, yəni diplomu universitetə göndərdikdən sonra əsl qəbul veriləcəkdir. Verilən tarixə qədər sən məzun olduğunu təsdiq edən sənədi göndərməsən şərtli qəbulun ləğv ediləcəkdir.

  1. Dövlət imtahanı (Staatsexamen)

Staatsexamen deyildikdə dövlət imtahanı nəzərdə tutulur, yəni bakalavrdan, maqistraturadan fərqli olaraq Staatsexamen pilləsini bitirmək üçün dövlət imtahanı verilməlidir. Bunun səbəbi isə odur ki, bu ixtisasların keyfiyyətində ictimai maraq var və dövlətin nəzarəti olmadan bu keyfiyyətə nail olmaq çətin olardı. Bu ixtisaslara tibb, stomatologiya, hüquq fakultələri aiddir. Tibb Almaniyada 10-12, hüquq isə 9 semestr davam edir və sonunda Staatsexamen verilir. Ümumilikdə 2 dövlət imtahanı verilir, birinci birbaşa universiteti bitirəndə, ikincisi isə 2 il sonra. İkinci dövlət imtahanını vermək məcburi deyil.

  1. Ph.D.

Almaniyada doktorantura oxumaq istəyənlərə isə elmin hər bir sahəsinde geniş tedqiqat bazası yaradılıb. Bu pillədə universitet araşdırmaları ilə yanaşı tədqiqat institutları da mühüm rol oynayır.

  1. Tibbi rezidentura

Almaniyada Rezidentura təhsilinin müddəti fərqli ixtisaslara görə dəyişir. Öz rezidentura təhsilini Almaniyanın hər hansı bir klinikasında davam etdirmək istəyirsənsə ilk növbədə iş yeri tapmalısan (hər hansı bir klinikadan dəvətnamə əldə etməlisən). Bunun üçün internetdə işləmək istədiyin  klinika və şöbə üçün axtarış edərək onun direktoru və ya baş həkimi ilə e-mail əlaqəsi yarada bilərsən. Əgər şöbədə boş işçi yeri varsa və CV’in müdriyyəti qane edirsə qəbul verilir. Rezidenturada işlədiyin müddətdə Assistent həkim adlanırsan və maaşla təmin olunursan. Universitet Klinikaları və həmçinin özəl klinikalar Assistent həkim yətişdirmək iqtidarına malikdirlər. Yəni bunun üçün Uniklinika seçməyin mütləq deyil. Lakin e-mail ile bu yetkiyə malik olub olmadığını klinika və ya şöbə rəhbərindən dəqiqləşdirməyin yaxşı olardı. İş yeri tapdıqdan sonra qarşında duran məqsəd işlədiyin klinikanın aid olduğu Regierungspräsidium´dan ixtisas icazəsi (Berufserlaubnis) daha sonra iş (Arbeitserlaubnis) və oturum icazəsi (Aufenthaltserlaubnis) alınmasıdır. Bu sənədlər bir-birindən asılı halda alınır, yəni ilkin olaraq ixtisas icazəsi alınır və bu sənədi işləyəcəyin şəhərin Bürgeramt´ına təqdim edərək iş və oturum icazəsi almış olursan. Bütün sənədlər qaydasında olduqdan sonra klinika ilə müqavilə bağlaya bilərsən. Bundan sonra gələn addım isə Approbation imtahanını vermək olur. Sən bu imtahanla Almaniyada həkim kimi fəalliyyət göstərmək üçün lazımi tibbi bazaya malik oldugunu sübut etmiş olursan. Bu imtahanda iştirak edənə qədər praktiki vərdişlərini mükəmməlləşdirmək və alman klinikasının iş prinsipinə alışmağın üçün adətən fərqli Bundesland´larda (torpaqlarda) fərqli müddətlər verilir. Bu müddət 6 aydan 2 ilə qədər dəyişə bilir. Amma sən  bu müddəti gözləmədən imtahanı daha qısa müddətdə də verə bilərsən. Və ən əsası yalnız alman dili biliyin olduğu halda işləyə bilərsən. Bunun üçün sən DSH2 və ya B2 (bəzən klinikadan və ixtisasdan asılı olaraq C1 sertifikatı da tələb oluna bilər) sertifikatına sahib olmalısan.

Uni – Assist e. V.

Hal-hazırda Almaniyada tələbə qəbulu ilə məşğul olan tamamilə mərkəzləşdirilmiş bir sistem yoxdur. Bu səbəbdən də Universitetlərin (Hochschule, Fachhochschule`lər də daxil olmaqla) bir qismi sənəd qəbulunu özü aparır, digərləri isə bunu Uni–Assist şirkətinə həvalə edirlər. Uni-Asssit’in (“Arbeits- und Servicestelle für Internationale Studienbewerber“) azərbaycan dilində anlamı ‘Beynəlxalq namizədlər üçün müraciət xidməti’dir.  Bu qurum beynəlxalq tələbələrin Almaniya universitetlərinin qəbul şərtlərinə malik olub olmadıqlarını yoxlayan qurumdur. Bir çox universitet bu quruma üzv olduğuna görə müraciət yöntəmi olaraq tələbələrdən Uni-Assist-dən istifadə etmələri tələb olunur. Bəzi universitetlər isə müəyyən ixtisaslar üçün müraciətin Uni-Assist üzərindən edilməyini istəyir. Bəzi universitetlər isə paralel olaraq həm   Uni-Assist üzərindən, həm də birbaşa universitetin özünə müraciət etməyini istəyir.  Bunun üçün universitetlərin səhifələrindən ve eləcə də Uni-Assist şirkətinin internet səhifəsindən məlumat əldə edə bilərsən.

Universitetlərə müraciətin 5 addımı

1.İxtisas seçimi

Əslində bu addım çox da böyük çətinlik yaratmayacaq,
çünki artıq sənəd verməkdən qabaq bir çoxlarımız hansı ixtisası oxumaq istədiyimizi bilirik. Sadəcə onu qeyd etmək istəyirik ki, Staatsexamen (dövlət imtahanı) olan ixtisaslar yalnız alman dilində oxumaq mümkündür, yerdə qalanlarını isə demək olar həm alman həm də ingilis dilində. Almaniyada oxunula biləcək ixtisasların siyahısı ilə saytımızda daha yaxından tanış ola bilərsən.

Universitetlər və ixtisaslar burada

  1. Universitet seçimi

Müraciətin ilk çətinliyi “istədiyim ixtisası hansı universitetdə tapa bilərəm?” sualını yaradır. İlk olaraq qeyd edək ki, ixtisas seçimi olduğu kimi universitet seçimini də bizim saytımızda axtarış verməklə öyrənə bilərsən. Bundan əlavə bir neçə internet səhifələrində də belə bir informasiya verilir, misal üçün:

https://studieren.de/

  1.   Sənədlər

Müraciətin ən çətin addımı məhz lazım olan sənədlərin yığılmasıdır, çünki hər universitetin müraciət şərtləri fərqlidir və müraciət üçün istənilən sənədlər universitetlərə görə fərqlilik göstərir. Oxumaq istədiyin universitetlərin tələb etdikləri sənədləri və müraciət formasını universitetin rəsmi səhifəsindən tapa bilərsən. Əgər universitet Uni-Assist üzərindən müraciət etməyini istəyirsə ilk olaraq Uni-Assist’də qeydiyyatdan keçməyin lazımdır. Qeydiyyatını uğurla tamamladıqdan sonra Uni-Assist tərəfindən sənə ərizəçi nömrəsi veriləcəkdir. Bundan sonra ‘Müraciət’ (Application) səhifəsindən istədiyin universiteti və
ixtisası seçərək istənilən informasiyaları doldurmalısan. Lazımı informasiyaları doldurduqdan və universitetin müraciət üçün istədiyi sənədləri Uni-Assist səhifəsinə yüklədikdən sonra məlumatları elektron olaraq bu quruma göndərirsən. Nəticədə sən istədiyin universitetə elektron olaraq müraciət etmiş olursan. Uni-Assist’in səhifəsində istənilən informasiyaları tam olaraq doldurduqdan sonra sən Müraciət Ərizəsini (Application Form) əldə edəcəksən. Bundan sonra sən Müraciət Ərizəsini çap edərək universitetin istədiyi digər sənədlərlə birlikdə Uni-Assist’in poçt adresinə göndərməlisən. Uni-Assist’in müraciət üçün istədiyi sənədlər ümumi sənədlərdir. Müraciət zamanı lazımlı sənədləri universitetin səhifəsindən dəqiqləşdirməyin sənin üçün daha faydalı olardı. Məsələn, bəzi universitetlər səndən əlavə olaraq pasportunun kopyasını, fotoşəkil və ya əlavə olaraq hər hansı bir sertifikatı tələb edə bilər. Ümumi olaraq Uni-Assist əsasən attestatın, universitetə qəbul imtahanının (TQDK) nəticəsini göstərən sənədin, CV, dil sertifikatının, universitetdə oxuyursansa transkriptinin, məzunsansa diplomunun və online qeydiyyat nəticəsində əldə etdiyin müraciət ərizəsininin kopyasını və təsdiqli tərcüməsini istəyir. Bu quruma sən sənədlərin surətini ve təsdiqli tərcüməni göndərməyin daha məqsədə uyğundur. Çünki bu qurum göndərdiyin sənədləri sənə geri göndərmir.

Əgər sən tam olaraq sənədlərini Uni-Assist’ə göndərmisənsə, qurum sənin sənədlərini yoxlayır və əgər bütün sənədlər qaydasındadırsa, o zaman sənədləri oxumaq istədiyin universitetə göndərir. Qəbul olub-olmadığının cavabını isə sənə universitet bildirəcəkdir. Uni-Assist’in universitetlərə tələbə qəbul etmək kimi bir səlahiyyəti yoxdur və bu qurum sadəcə olaraq universitetə göndərəcəkləri sənədlərin tam olduğuna cavabdehdir. Əgər hər hansı bir sənədin əksikdirsə, Uni-Assist sənə bu haqda məlumat verir, səndən çatışmayan sənədləri tamamlamağını istəyir. Sən sənədlərini tamamlamayana qədər qurum sənədlərini universitetə göndərmir.

Uni-Assist müraciətlərini müəyyən edilmiş pulu ödədikdən sonra dəyərləndirməyə başlayır. Birinci seçdiyin universitetə müraciətin ilkin olaraq dəyərləndirilməsi üçün sən Uni-Assist’ə 75 EUR və əlavə hər müraciət üçün 15 EUR dəyərləndirmə haqqı ödəməlisən. Dəyərləndirmə haqqı hər universitet və hər semestr üçün ödənilir. Əgər sən qış semestri üçün müraciətlərinin dəyərləndirilməsi üçün pul ödəmisənsə bu sənin yay semestrində etmək istəyəcəyin müraciətlərin dəyərləndirilməsi üçün keçərli deyil. Sən yay semestri üçün də birinci müraciətin dəyərləndirilməsi üçün 75 EUR və digər hər bir müraciət üçün 15 EUR  pul ödəməlisən.

Yox əgər sənəd vermək istədiyin universitet özü sənəd qəbulunu aparırsa o zaman yuxarıda sadaladığımız sənədləri və əgər universitet əlavə olaraq digər sənədləri də səndən istəyirsə, onda hamısını bir yerdən bir başa universitetin öz ünvanına göndərməlisən.

Bu bölümün sonunda qısaca “Vorprüfungsdokumentation”-dan (VPD) məlumat verək. Bəzi universitetlər müraciət edənlərdən sənədlərinin Uni-Assist tərəfindən yoxlanıldığını sübut edən sənədin təqdim edilməsini istəyirlər.  Bu sənədə ‘Vorprüfungsdokumentation, yəni ilkin yoxlanış sənədi deyilir. Uni-Assist sənin təqdim etdiyin sənədlərin Almaniya universitetlərinə qəbul üçün kifayət olub olmadığını universitet adından yoxlayır. Əgər nəticə müsbət olarsa Uni-Assist sənə bu yoxlamanın nəticəsi və qiymətlərinin Almaniya qiymətləndirmə sistemində qarşılığı yazılan sənədi göndərəcəkdir. Bundan sonra müraciət birbaşa olaraq universitetə edilir və digər sənədlərlə birlikdə VPD adlanan sənəd də universitetə göndərilir. VPD üçün istənilən sənədlər standard müraciət üçün istənilən sənədlərlə demək olar ki, eynidir. Lakin VPD üçün dil qabiliyyətini təsdiq edən sənədi  Uni-Assist`ə göndərməyinə ehtiyac yoxdur, bunu birbaşa universitetə göndərməyin yetərlidir. VPD üçün də standard dəyərləndirmədə olduğu kimi Uni-Assist`ə pul ödəməlisən.

Pulu ödədikdən sonra səninsənədlərin dəyərləndiriləcəkdir. VPD sənədi sənə poçt və e-mail ilə göndəriləcək və bu sənəd verildiyi gündən bir il müddətinə qüvvədə qalır.

  1. Son müraciət tarixi

Əgər sənədlər birbaşa olaraq universitetə göndərilirsə onda müraciət tarixinə birbaşa olaraq universitetlərin internet səhifələrindən baxa bilərsən. Əgər sənədləşmə Uni-Assist ilə gedirsə onda Uni-Assist`in sənəd qəbul tarixləri universitetlərə bağlıdır. Bu quruma müraciətlərin dəyərləndirilməsi bəzən çox uzun vaxt ala bilər və hətta qurum səndən müraciətinin nəticələnməsi üçün ehtiyac gördüyü əlavə sənədlər də istəyə bilər. Bu kimi səbəblərə görə müraciəti tez etmək sənə faydalı olacaqdır.  Verilən tarixə qədər sənədlərini tamamlaya bilməsən o semestr üçün müsbət cavab almağın çətin olacaq. Bunun üçün tez müraciət etməyin vacibdir. Ümumi olaraq isə universitetlərin yay semestri üçün sənəd qəbulu 15 Yanvarda, qış semestri üçün sənəd qəbulu isə 15 iyulda bitir. Sənədlərin son müraciət tarixindən əvvəl sənədlərin Uni-Assist`ə və ya universitətə çatmalıdır!

  1. Sənədləri hara göndərmək

Əgər müraciət etmək istədiyin universitet Uni-Assist’ə üzv olubsa sən universitetə müraciət sənədlərini Uni-Assist şirkətinə göndərməlisən. Yox əgər müraciət etdiyin universitet Uni-Assist’ə üzv deyilsə sən müraciət üçün istənilən sənədləri birbaşa universitetə göndərməlisən. Oxumaq istədiyin universitetin Uni-Assist’ə üzv olub olmadığını sən həm bu qurumun səhifəsindən həm də universitetin müraciət şərtlərini oxuyaraq öyrənə bilərsən. Ümumiyyətlə bir çox xarici tələbələrin müraciətləri Uni-Assist üzərindən edilir.